Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İnsanlar Qubada taksi sürücülərinin dayanacaqları zəbt etməsindən şikayətçidirlər
Qubada avtobus sürücüləri taksi sürücülərinin dayanacaqları zəbt etmələrindən şikayətçidirlər.
Şikayətçilər qeyd ediblər ki, ərazidə dayanma və durmanı qadağan edən nişan olsa da, taksi sürücüləri buna məhəl qoymurlar.
Hər gün sözügedən problemlə üz-üzə qaldıqlarını deyən avtobus sürücüləri bu səbəbdən sərnişinlərin avtobusa rahat minib-düşməsinə maneə yarandığını bildiriblər.
"40 ilin sürücüsüyəm. Belə şey görməmişəm. Sərnişinlər avtobusa nə minə, nə də düşə bilirlər. Saxlayıb sərnişin götürmək istəyirik, imkan vermirlər. Polis gəlib sürücüləri dayanacaqdan uzaqlaşdırsa da, yenidən qayıdırlar", - deyə şikayətçi bildirib.
Daha ətraflı Baku TV-nin materialında:

"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Ramanada qonşular arasında qarşıdurma: "Çirkab sularından qurtulmaq istəyirik"
- Şamaxıdakı Mərkəzi Parkın sanitar qovşağında natəmizlik hökm sürür
- Masazır yollarından ŞİKAYƏT: "Təmizliyə diqqət edən yoxdur"
- Suraxanı rayonunda içməli su problemi: "Yay gələndə vəziyyətimiz lap çıxılmaz olur"
- "Zibil əlindən tərpənmək olmur" - Yeni Günəşli sakinlərindən ŞİKAYƏT