Çində meymun küçə tamaşası zamanı təlimçisinin şalvarını çıxarıb.
Oxu.Az bu barədə Daily Mail-ə istinadən xəbər verir ki, Henan əyalətində baş verən hadisəni qəzet məzəli çaşqınlıq adlandırıb.
Qəzet qeyd edir ki, artist yetərincə tez geyinib, amma meymunlardan birinin bu hərəkəti onu qızarmağa məcbur edib.
Küçədə meymunlarla tamaşa göstərmək, xüsusilə də 2016-cı ilin “Meymun ili” olması ilə əlaqədar Çində yayılmış haldır.