Microsoft kompüter və planşet üçün “böyük” əməliyyat sistemi Windows 8.1 Update-in işıq üzünə çıxacaq tarixini açıqladı.
Oxu.Az Hitech.vesti.ru-ya istinadən xəbər verir ki, siçan və klaviatura ilə istifadə etmək üçün nəzərdə tutulan bu sistem növbəti çərşənbə axşamı aprelin 8-də işə salınacaq.
Bu əməliyyat sisteminin istifadəsi pulsuz olacaq. Windows 8 və Windows 8.1 istifadəçiləri onu “Update Center”dən (Windows Update) yükləyə biləcəklər .
Windows üçün yeni əməliyyat sisteminin reliz tarixi təsadüfi seçilməyib. Həmin tarixdə Windows XP üçün dəstəyi sona bitəcək.