Azərbaycanda ilk yay-qış turizm kompleksi “Şahdağ” ikinci qış mövsümünün bağlanılmasına hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə Fineko/abc.az-a “Şahdağ”ın satış meneceri Səbinə Mehdiyeva bəyan edib.
Onun sözlərinə görə, qış mövsümü aprelin 5-də bağlanılacaq.
“Mövsüm havaların soyuması və yağan qarla əlaqədar uzadılmışdı. Kompleksdə yay mövsümü iyunun 15-də açılacaq”, - deyə, S.Mehdiyeva bildirib.
Bu il kompleksdə yay istirahəti üzrə yeni servislərin tətbiqi planlaşdırılmır.