Ukrayna əsilli Hollivud ulduzu Mila Kunis və əri tanınmış aktyor Eşton Katçer ukraynalılara 30 milyon dollarlıq yardım toplamaq üçün “GoFundMe” kampaniyasına başlayıblar. Ulduz cütlük humanitar yardımın vaxtında və lazımi yerə çatdırılması üçün bütün logistika işlərini də öz üzərinə götürüb.
“Ukraynalılar çox cəsur və güclü insanlardır. Amma bu o demək deyil ki, onların dəstəyə ehtiyacı yoxdur. Xahiş edirik Ukrayna xalqı üçün yardım toplamaqda bizə kömək edin”, – Mila Kunis videomüraciətində bildirib.
Məşhurların özləri ümumi toplan məbləğə 3 milyon dollar əlavə edəcəklərini də vəd ediblər.
Qeyd edək ki, aktrisa 1983-cü ildə Ukraynanın Çernovtsı şəhərində anadan olub, 1991-ci ildən isə ABŞ-da yaşayır.
Mənbə: Harpers Bazaar