Türk kişilər mini-yubka geyinərək İstanbulda Taksim meydanına çıxıblar.
Oxu.Az xəbər verir ki, beləliklə onlar döyülərək zorlanmış 20 yaşlı Özgecan Aslanın qətlinə öz etirazlarını bildiriblər.
Xatırladaq ki, 20 yaşlı Özgecan onu zorlamağa cəhd göstərən kişiyə müqavimət göstərmiş, buna görə ölənədək döyülmüşdü. Hadisə ölkənin cənubunda yerləşən Mersin əyalətində, qız məktəbdən evə qayıdarkən baş verib.
Hüquq müdafiəçilərinin məlumatına görə, 2014-cü ildə Türkiyədə 281 qadın öldürüb ki, bu da 2013-cü illə müqayisədə 31% çoxdur.