Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 yanvar tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilib.
Hökumətin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 318 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə baş nazir Artur Rasizadənin imzaladığı qərarla “Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nın 3.1-ci bəndinin ikinci cümləsi çıxarılıb.
Oxşar dəyişiklik “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”da da edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlıq subyektlərində yoxlamalarla bağlı müstəsna hüququ ləğv edilib.