Masallıda güclü yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə “Embawood” mebel şirkətinin anbarında baş verib.
Belə ki, şirkətin ümumi sahəsi 15000 kv.m olan tikilinin içərisində istehsalat sahəsinin və anbar hissəsinin yanar konstruksiyaları, içərisində olan dəzgahlar və yanan materiallar 7000 kv.m sahədə yanıb.
Yanğından fabrikin qalan hissəsi mühafizə olunub.
Yanğın saat 10:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.