Avqustun 15-nə qədər İspaniyanın Seuta anklavına yeni miqrant dalğası gələ bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Cadena SER" radiostansiyası məlumat verib.
Bildirilir ki, hazırda sosial şəbəkələrdə avqustun 15-nə qədər İspaniya-Mərakeş sərhədinin kütləvi şəkildə keçilməsinə çağırışlar yerləşdirilir.
"Bu yeni aksiya iyulun sonunda baş tutanla analojidir. Bu, hətta çox sayda mesaj yayıldığı üçün daha da intensivdir", - deyə materialda qeyd edilib.
Daxil olan məlumatla əlaqədar olaraq, Mərakeş hökuməti sərhədin qeyri-qanuni keçilməsi ilə bağlı istənilən cəhdlərinin qarşısını almaq üçün İspaniya hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.