Özbəkistan prezidenti Şövkət Mirziyeyevin ilk rəsmi səfəri Qazaxıstana olacaq.
Oxu.Az Özbəkistan KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin birinci vitse-prezidenti Açilbay Ramatov bildirib.
“Özbəkistan prezidenti Şövkət Mirziyeyevin dövlət başçısı kimi ilk rəsmi səfəri yaxın günlərdə Qazaxıstana olacaq”, - o, bu barədə özbək-qazax hökumətlərarası komissiyanın fevral ayının 23-də Daşkənddə baş tutan iclasında deyib.
Ramatov qeyd edib ki, hökumətlərarası komissiya Mirziyeyevin səfərinə hazırlığın daxili mərhələsindir. İclas zamanı iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq müzakirə ediləcək.
N.О.
www.oxu.az