"Ermənistan və Avropa İttifaqı (Aİ) rəsmi olaraq müdafiə sahəsində əməkdaşlığı müzakirə etməyə başlayıb".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında bildirib.
"Ermənistan və Aİ rəsmi olaraq təhlükəsizlik və müdafiə sahəsində məsləhətləşmələrə başlayıb", - deyə o əlavə edib.