Məşhur “Kalaşnikov” avtomatlarının yaradıcısı, konstruktor Mixail Kalaşnikov vəfat edib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, 94 yaşlı Kalaşnikov Udmurtiya Kliniki-Diaqnostika mərkəzinin reanimasiya şöbəsində dünyasını dəyişib.
Kalaşnikov noyabrın 17-dən xəstəxananın reanimasiya şöbəsində yatırdı. O, mədə qanaxması ilə Udmurtiyanın kliniki-diaqnostika mərkəzinə yerləşdirilmişdi.
“Kalaşnikov” avtomatlarının yaradıcısının ölüm xəbərini Udmurtiya prezidentinin mətbuat katibi Viktor Çulkov öz “Facebook” səhifəsində paylaşıb.