2014-cü ildən Rusiyada mağazadan kənar pərakəndə ticarətdə və bazarlarda, həmçinin apteklərdə xaricilərin əməyindən istifadə etmək qadağan edilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə baş nazir Dmitri Medvedevin bu gün rəsmi mətbuatda dərc olunmuş əmrində deyilir. Medvedev həmin əmri 19 dekabrda imzalayıb. Sənəd yanvarın 1-dən qüvvəyə minir.
Sözügedən əmrdə mağazadan kənar pərakəndə ticarətdə və bazarlarda, həmçinin apteklərdə müəssisələr üçün xaricilərin icazə verilən payı 0% göstərilir. Alkoqollu içkilər, o cümlədən pivə ticarəti ilə məşğul olan müəssisələrdə isə işçilərin 15%-ə qədər miqrantlar ola bilər. İdman sahəsində isə miqrantların payı 25%-ə qədər ola bilər.