SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov Bavariyadakı villasını 7 milyon avroya satışa çıxarıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung” nəşrinə istinadən RİA Novosti məlumat yayıb.
Oberax şəhərinin meri Kristian Kök bildirib ki, Qorbaçov evə son dəfə üç il öncə gəlib.
“Tegernseerstimme” qəzetinin məlumatına görə, Qorbaçovlar ailəsi Tegerenze gölü yaxınlığında evi və torpaq sahəsini 10 il öncə alıblar. 1908-ci ildə tikilən villanın 17 otağı var. 2006-cı ildə villanı Qorbaçovun qızı İrina Virqanskaya alıb. Villanın ümumi sahəsi 2,6 min kvadratmetrdir.
N.О.
www.oxu.az