Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
MKİ Kaşıkçının qətlinin sifarişçisini açıqladı
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi hesab edir ki, jurnalist Camal Kaşıkçı Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmmədin əmri ilə qətlə yetirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə “The Washington Post” nəşri yazır.
MKİ-nin bəyanatı Səudiyyə Ərəbistanının Baş Prokurorluğunun apardığı istintaqın nəticələrinə ziddir.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bildirir ki, şahzadə Məhəmməd ölkədə baş verən hər şeyə nəzarət edir.
“MKİ-nin mövqeyi ondan ibarətdir ki, jurnalistin qətli şahzadənin xəbəri və ya birbaşa iştirakı olmadan baş verməzdi”, - deyə nəşrin mənbəsi bildirib.
Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfirliyinin mətbuat katibi MKİ-nin ittihamlarını əsassız adlandırıb.
Xatırladaq ki, “The Washington Post” qəzetinin jurnalisti Camal Kaşıkçıdan oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna səfərindən sonra xəbər yoxdur.
Rəylər