Türkiyənin Diyarbəkir şəhərində mağazaya oğurluq məqsədi ilə daxil olan gənc satıcını yumruqla vuraraq hadisə yerindən uzaqlaşıb.
Türkiyənin “İhlas” agentliyi məlumat verir ki, baş verən hadisə mobil telefon satışı ilə məşğul olan mağazanın müşahidə kameraları tərəfindən qeydə alınıb.
O, mağazada mobil telefona baxmaq istədiyini söyləyərək alıb, sonra da satıcını vuraraq hadisə yerindən qaçıb.
Oğru satıcının ani diqqətsizliyindən istifadə edib. O, yumruqla satıcının qarın nahiyəsinə zərbə endirib və əlindəki telefonla hadisə yerindən uzaqlaşıb.