Böyük Britaniyada Latviya modeli Laura Paxomova valideynlərinin onun eskort xidmətlə məşğul olduğunu bildikdən sonra özünü pəncərədən ataraq intihar edib.
23 yaşlı modelin sirrini valideynlərinə onun keçmiş sevgilisi açıb. Lauranın valideynləri onun Böyük Britaniya universitetlərindən birində təhsil aldığını düşünürdülər.
Oxu.Az Vesti-yə istinadən xəbər verir ki, insident 2012-ci ildə baş verib, amma qızın ölümü barədə materiallar indi açılıb.
Paxomova Martin Rayli adlı biri ilə görüşürdü. Görünür ki, onların münasibətləri də kənardan göründüyü kimi sakit olmayıb, onlar tez-tez ayrılır və barışırdılar. Oğlan Lauranı nə ilə məşğul olduğunu valideynlərinə deyəcəyi ilə hədələyib, qız isə ona valideynlərinin bunu bildiyi halda intihar edəcəyini deyib. Buna baxmayaraq Martin Lauranın valideynlərinə onun nə ilə məşğul olduğunu bildirib, səbəb isə ona həyatını dəyişməyə yardım etmək olub.
Raylini həbs etsələr də, ona qarşı heç bir ittiham irəli sürülməyib. O, özü etiraf edib ki, qızın valideynlərinə bu xəbəri bildirib. Məhkəmədə bu hərəkətdə cinayət tərkibi olmadığını hesab ediblər.
Laura Paxomova Böyük Britaniyaya 2008-ci ildə gəlib və Blekberndə model kimi işləyib. Rayli ilə 2011-ci ildə görüşməyə başlayıb. 2012-ci ildə vətəninə gedib, geri qayıtdıqdan 6 gün sonra intihar edib.
Britaniyaya qayıtdıqdan sonra o, Rayli ilə görüşməyib. Rayli eskort xidməti vasitəsilə başqa ad altında ona görüş təyin edib, Paxomova onu gördükdə şok olub. İki gün sonra otelə gələrək, yuxarı mərtəbələrin birində nömrə sifariş edib.
Həmin gün onun valideynləri Raylidən Paxomavanın universitetdə oxumadığı, fahişəliklə məşğul olduğu barədə məktub alıblar. O, qızın valideynlərinə onun intim xidmət göstərdiyi barədə internetdə yerləşdirdiyi məlumatı yollayıb. Bundan sonra valideynləri Paxomovadan da bir neçə məktub alıblar, o valideynlərindən üzr istəyib.
Paxomovanın cəsədini 2012-ci ilin sentyabr ayının 30-da tapıblar. Ekspertiza müəyyən edib ki, intihardan öncə Paxomova spirtli içki və ya narkotik qəbul etməyib. Bütün şüşə və güzgülərdə Raylini ittiham edən və valideynlərindən üzr istəyən Lauranın ismarışları olub.
Paxomovanın rəfiqələrindən biri onun həqiqətən fahişə olduğunu və xidmətlərinin heç də ucuz olmadığını deyib. Onun sevgilisini isə qıza yaşamağa imkan verməyən bir insan kimi təsvir edib.