Görkəmli şəxsiyyət və dövlət xadimi Heydər Əliyevin, uzun illərin sınağından çıxardığı şair Qabilə xüsusi hörməti və ehtiramı vardı. Bütün tədbirlərdə onunla hal-əhval tutmağı, zarafatlaşmağı sevirdi. Bu haqda mən xatirələrimdə çox yazmışam. Amma bu anım günlərində istədim ki, tarixin yaddaşına həkk olunan, televiziyamızın Qızıl Fondunu bəzəyən bu kadrları siz də öz gözlərinizlə görəsiniz.
1997-ci ilin yanvar ayının 6-a, atamın 70 illik yubileyinə, 17 il bundan qabaqkı günlərə sizinlə birlikdə ekskursiya etməyə qərar verdim. (Mahir Qabiloğlu, modern.az).
Allah Böyük Heydər Əliyevə rəhmət eləsin!