Moldova höküməti tam tərkibdə istefa verdi.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Məlumata əsasən, qərar ölkənin baş naziri Kirill Qaburiçin vəzifəsindən azad edildikdən sonra qəbul edilib.
Qeyd edək ki, Qaburiç Moldova hökumətinə bu ilin fevralından başçılıq edir. Apreldə ona qarşı təhsil haqqında sənədlərinin saxta olması ilə bağlı cinayət işi açılıb.