Azırbaycan güləşçisi İrina Netraba (58 kq) bürünc medal uğrunda görüşdə norveçli Qrase Bullinə məğlub olaraq Oyunları mükafatsız tərk edib.
Xatırladaq ki, bu gün 53 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Anjela Doroqan qızıl medal qazanıb.
12:09
53 kq çəki kateqoriyasında çıxış edən güləşçimiz Anjela Doroqan yarımfinal mərhələsini adlayıb.
Oxu.Az xəbər verir ki, rumın Natalya Buduna 7:2 hesabı ilə qalib gələn Anjela finala yüksəlib və qızıl medal uğrunda mübarizə aparacaq.
Digər güləşimiz İrina Netraba isə yarımfinalda macar Emes Barkaya uduzub (2:5) və indi bürünc medal uğrunda qüvvəsini sınayacaq.
Qeyd edək ki, hər iki görüş axşam saatlarında keçiriləcək.
11:48
53 kq çəki kateqoriyasında çıxış edən sərbəst güləşçimiz Anjela Doroqan 1/4 final mərhələsini də qələbə ilə başa vurub.
Oxu.Az xəbər verir ki, macar Mersedes Denislə qarşılaşan Anjela 4:0 hesabı ilə qalib gəlib.
Yarımfinalda güləşçimiz rumın Natalya Budunla görüşəcək.
1/4 finala yüksəlmiş digər güləşçimiz İrina Netraba da bu mərhələni uğurla adlayıb.
Güləşçimiz bolqar idmançı Mimi Xristova 6:4 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.
O, yarımfinalda macar Emese Barkan ilə görüşəcək.
11:26
Azərbaycanın daha iki qadın güləşçisi bu gün Avropa Oyunlarında mübarizəyə qoşulub.
Oxu.Az xəbər verir ki, ilk olaraq xalı üzərində idmançımız Anjela Doroqan çıxıb.
O, ilk döyüşdə türkiyəli Merve Kengerə 8:2 hesabı ilə qalib gəlib.
1/4 finalda təmsilçimiz macar Mersedes Denislə üz-üzə gələcək.
Digər güləşçimiz Gözəl Zutova isə uğursuz çıxış edib. Ukraynalı Oksana Vaşçukla qarşılaşan Gözəl 2:4 hesabı ilə məğlub olub.
10:40
Azərbaycanın 58 kq çəki kateqoriyasında çıxış edən qadın güləşçisi İrina Netraba Avropa Oyunlarında güləş yarışında növbəti mərhələyə yüksəlib.
Oxu.Az xəbər verir ki, 1/8 mərhələdə başlayan Netreba Avropa çempionatının finalçısı Karola Raynero ilə üz-üzə gəlib.
İdmançımız 8:4 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib.
Yığmamızın digər üzvü Elmira Qəmbərova birinci görüşünü Henna Yohanssona (İsveç) qarşı keçirib.
21 yaşlı idmançımız startdaca məğlubiyyətə üzülüb. 4:0 hesabı ilə qalib gələn Yohansson finala yüksələrsə, Qəmbərova təsəlliverici görüşlərə qatılacaq.
10:15
Avropa Oyunlarının 5-ci günündə qadınlar arasında sərbəst güləş üzrə yarışlar davam edir.
Oxu.Az xəbər verir ki, qarşılaşmalar Heydər Əliyev adına İdman Arenasında keçirilir.
Xanımlar bu gün 53, 58, 63, 75 kq çəki dərəcələrində yarışacaqlar.
İlk olaraq Anjela Doroqan, daha sonra 58 kq çəki dərəcəsində Azərbaycan adına İrina Netreba, 63 kq çəki dərəcəsində güləşçimiz Elmira Qəmbərova, 75 kq çəki dərəcəsindəki idmançımız Gözəl Zutova yarışacaq.
E.Ə.
www.oxu.az