Moldova höküməti ölkənin Moskvadakı səfiri Dumitru Braqişi geri çağırıb.
Oxu.Az-ın Sputnik Moldova nəşrinə istinadən xəbərinə görə, bu barədə müvafiq qərar çərşənbə günü, martın 1-də, Nazirlər Kabinetinin iclasında qəbul olunub.
Moldova XİN səfirin geri çağırılmasının səbəbini izah etməyib.
Qanunvericiliyə əsasən, hökümətin qərarı prezident İqor Dodon tərəfindən təsdiqlənməlidir.
S.B.
www.oxu.az