Səudiyyə Ərəbistanının Mədinə şəhərindəki peyğəmbər məscidində (Məscidi Nəbəvi) namaz qılarkən dünyasını dəyişən möminin nəşi aşkarlanıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, məscidin mühafizəçiləri “Düha” namazı qılan möminin uzun müddət səcdədən başını qaldırmadığını müşahidə ediblər.
Bir müddət gözləyən mühafizəçilər yaxına gedərək həmin şəxsin dünyasını dəyişdiyini görüblər.
Namazda vəfat edən küveytli mömin “Bəqi” qəbiristanlığında (Mədinə şəhərində) dəfn olunub.
Allah Rəhmət Eləsin!
E.Ə.
www.oxu.az