Amerikanın Cygnus kosmik gəmisinin olduğu Antares daşıyıcı raketi Amerikanın Vircinya ştatı sahillərindəki Uollops adasında NASA-ya məxsus kosmodromdan qalxarkən partlayıb.
Bu barədə məlumatı NASA yayıb, Oxu.Az BBC-yə istinadən xəbər verir. Partlayış raketin havaya qalxmasından dərhal sonra baş verib (Bakı vaxtı ilə 02:23-də). İnsidentin səbəbləri haqqında məlumat verilmir.
NASA-dan bildiriblər ki, partlayış nəticəsində xəsarət alan yoxdur.
Məlumata görə, Cygnus yük gəmisi kosmik stansiyanın ekipajı üçün avadanlıq daşıyırmış.
A.İ.
www.oxu.az