Moskva Londonun “Skripal işi” ilə əlaqədar Rusiyaya qarşı elan etdiyi ölçüləri “misli görülməmiş kobud təxribat” kimi qiymətləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Böyük Britaniya baş naziri Tereza Meyin martın 14-də parlamentdə səsləndirdiyi Rusiyanın Serqey Skripal və onun qızının zəhərlənməsində “əli olduğuna” görə Moskvaya qarşı cəza tədbirləri haqqında bəyanatını, ölkələr arasında normal beynəlxalq dialoq təməllərini sarsıdan kobud təxribat kimi qiymətləndiririk” deyə Rusiya XİN-in yazılı bəyanatında deyilir.
Diplomatların sözlərinə görə, Britaniya hökuməti Skripalın zəhərlənməsi ilə bağlı işi qeyri-şəffaf və birtərəfli şəkildə araşdırmaqla növbəti dəfə “əsassız anti-rusiya kampaniyası” aparmağa cəhd edir.
Moskva Londonun tətbiq etdiyi məhdudlaşdırıcı ölçülərə Rusiya hökumətinin dərhal cavab verəcəyini bildirib.
F.M.
www.oxu.az
Rəylər