Ermənistanın bir neçə yaşayış məntəqəsində yolların asfaltlanması prosesi bitum qıtlığı səbəbindən yarımçıq qalıb.
Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, yaranmış vəziyyətin əsas səbəbi Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan gərginlikdir.
Qeyd edilir ki, yay aylarında Armavir və Ararat vilayətlərində start verilən yol təmiri işləri məhz xammal çatışmazlığı ucbatından dayandırılıb.
Bildirilir ki, əvvəllər bitum Rusiyadan gətirilirdi. Lakin hazırda İrəvanla Moskva arasındakı gərginlik fonunda bu məhsulun idxalı, demək olar ki, dayanıb. Bu isə hakimiyyətin ən çox diqqət ayırdığı sahələrdən biri olan asfaltlama işlərində ciddi böhrana yol açıb.