Rusiyanın Xarici İşlər Nazirliyində İsveçin yüksək vəzifəli diplomatının non-qrat (arzuolunmaz şəxs) elan edilməsinə dair məlumatı təsdiqləyiblər.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
XİN-də bəyan ediblər ki, bu, İsveç tərəfinin qeyri-səmimi münasibətinə qarşı cavab addımıdır.
“Rusiya XİN bu günlərdə İsveçin Moskvadakı səfirliyinin əməkdaşının “persona non qrata” elan edilməsini təsdiqləyir. Bu addım İsveç hakimiyyətinin Rusiyanın Stokholmdakı səfirliyinin diplomatına qarşı qeyri-dost münasibətinə qarşı atılan bir addım idi”, - nazirlikdə bildiriblər.
Nazirlikdə münaqişəyə görə, məsuliyyətin İsveçin üzərində olduğunu vurğulayıblar.
“İsveç tərəfinin bu addımı atdıqdan sonra baş verənlərin Rusiya-İsveç münasibətlərinə neqativ təsiri haqqında fikir yürütməyi təəccüb doğurur. Bu təxribatın nəticələrinə görə məsuliyyət tam olaraq Stokholmun üzərindədir”, - XİN-də bəyan ediblər.