Moskva metrosunda baş vermiş qəza nəticəsində ölənlərin sayı 21-ə çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir lo, səhər saatlarında baş verən qəza nəticəsində yaralanan 136 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan 42 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva bölməsinin rəisi müavini Yuri Akimov jurnalistlərə açıqlamasında xilasetmə işlərinin davam etdiyini söyləyib:
“Hazırda iki yaralı hadisənin baş verdiyi yerdə qalıb. Xilasedicilər onları vaqondan çıxarmağa çalışırlar”.
Qeyd edək ki, bu gün səhər saatlarında paytaxt meropoliteninin “Park Pobeda” və “Slavyanskiy bulvar” stansiyaları arasında metronun üç vaqonu relsdən çıxıb. Son məlumatlara görə, hadisə nəticəsində 21 nəfər ölüb, 130-dan çox yaralı var.
18:50
“Moskva metropolitenində baş vermiş qəza nəticəsində ən azı 20 nəfər ölüb”, bunu jurnalistlərə RF İK rəsmi nümayəndəsi Vladimir Markin bildirib.
Öncədən 19 nəfərin həlak olduğu bildirilirdi. 100 nəfərdən artıq insan zərər çəkib.
“Arbat-Pokrovski” xəttində iyul ayının 15-də səhər saatlarında qəza baş verib. Qatar “Slavyanski bulvar” stansiyasına yaxınlaşarkən qatarın üç vaqonu relsdən çıxıb. Vaqonların relsdən çıxmasına səbəb kontakt relsində gərginliyin azalması olub.
Moskva birləşmiş elektrik şəbəkəsi şirkətində bildiriblər ki, iyul ayının 15-də Moskva metropoliteninin yarımstansiyasında, eləcə də “Slavanyski bulvar” və “Park Pobedı” stansiyaları arasında kontakt relsində gərginliyin azalmasını qeydə almayıblar.
Digər versiyaya görə FH-nin səbəbi metro qatarının təkər arabasının vaqonla bərkidilmə düyününün zədələnməsi ola bilər. Qəzanın baş verə biləcəyi digər versiyası keçid oxunun nasazlığıdır, şahidlərin sözlərinə görə qəza bu səbəbdən baş verib.
15:07
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, Moskvada metro stansiyasında üç vaqonun relsdən çıxması nəticəsində ölənlərin sayı 16-ya çatıb. Bu barədə İnterfaks tibb sahəsində olan mənbəsinə istinadən xəbər verir.
14:12
“Moskva metrosunda FH zamanı həlak olanların sayı on nəfərə qədərdir”, bunu FH üzrə şəhər komissiyasının rəhbəri, merin müavini Pyotr Birukov deyib.
“Həlak olanlardan danışsaq bu gün on nəfərə yaxındır. Xilasedici işlər davam edir”, - Birukov deyib.
Oxu.Az RİA-Novosti-yə istinadən xəbər verir ki, verilən məlumata görə, tibbi yardım üçün cəmi 149 nəfər müraciət edib, onlardan 106 nəfəri xəstəxanaya yatırılıb.
Xəstəxanaya 24 ağır yaralı çatdırılıb.
12:10
FH yerində olan əməliyyat qərargahının nümayəndəsinin RİA Novosti-yə verdiyi məlumata görə, Moskva metrosunda üç vaqonun relsdən çıxması nəticəsində baş verən qəzada üç nəfər həlak olub.
“Üç nəfər vəfat edib, zərərçəkən 30 nəfərdir, onlardan 10 nəfəri xəstəxanaya yerləşdirilib”, - agentliyə bildirilib.
Moskva hakimiyyəti həlak olan üç nəfər barədə məlumata sahib deyil.
“Biz bir nəfərin tuneldən çıxarıldığını gördük... Bəli, o həlak olub”, - Moskva Səhiyyə Departamentində ölənlər haqqında suala cavab verərkən bildirilib. Bundan başqa şəhər hakimiyyəti ən azı 50 nəfərin zərər çəkdiyini bəyan edib.
11:54
Moskva metrosunun Arbat-Pokrovski xəttində “Slavyan bazarı” stansiyasına yaxınlaşarkən qatarın üç vaqonu relsdən çıxıb. İlkin məlumata görə FH nəticəsində 20 nəfər zərər çəkib.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, onlardan bir hissəsi qatarın vaqonlarından birində sıxılıb qalıb.
Təxliyyə işləri aparılır, xilasedicilər hidravlik alətlərdən istifadə edirlər.
“Bu insidentin nəticəsində zərərçəkənlərin sayı 20-yə çata bilər”, - paytaxtın mühafizə orqanlarındakı mənbə bildirib.
Hal-hazırda yaralıları tibb işçiləri müayinə edir, bəzi zərərçəkənləri aldığı yaralar ucbatından yalnız xilasedicilərin köməyi ilə təxliyyə etmək mümkün olub.
FHN-dən zərərçəkənlər haqqında faktı təsdiqləyiblər, amma sayı dəqiqləşdirməyiblər.
FHN-nin mətbuat xidmətinin rəisi Viktor Biyukovun sözlərinə görə “Slavanyski bulvar” və “Park Pobedı” stansiyaları arasında vaqonların relsdən çıxma səbəbi kontakt relsində gərginliyin azalması olub. Bu səbəbdən siqnalizasiya işə düşüb, bu isə elektroqatarın ani dayanmasına səbəb olub.
“Slavyanski bulvar” stansiyası müvəqqəti olaraq bağlanıb. Hal-hazırda sərnişinlərin daşınması üçün əlavə yerüstü marşrutlar ayrılıb.