Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Moskva neft satışında dollardan imtina edəcək
Rusiya gəlirlərin artırılması əsas ixrac malı – Urals neft üçün öz fyuçers müqaviləsini buraxmağa və neftə dair hesablarda dollardan imtina etməyə hazırlaşır.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Fyuçers sahəsi Sankt-Peterburqda beynəlxalq əmtəə-xammal birjasında yaradılır. Birja hazırda xarici treydinq şirkətləri ilə danışıqlar aparır.
Şəxsi fyuçers bazarının buraxılması Rusiyaya Urals-ın qiymət yaratma mexanizmini yaxşılaşdırmaq, yerli şirkətlərə isə əlavə gəlir əldə etmək imkanı verəcək.
Ən çox oxunanlar