Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Moskvada yanan keçmiş institut binasında doqquz nəfər öldü
Fryazinoda yanan binada doqquz nəfər həlak olub.
İlkin məlumata görə, iki nəfər 6-cı və 7-ci mərtəbələrdən yıxılıb, daha yeddi nəfər dəm qazından boğulub və ya yanıb.
Binanın beşinci, altıncı, yeddinci və səkkizinci mərtəbələri yanmaqda davam edir. Ka-32 xilasetmə vertolyotları hər üç-beş dəqiqədən bir binaya havadan su tökür.
Mənbə: Mash
Moskvaətrafındakı Fryazino elmi şəhərciyində əvvəllər "Platan" Elmi-Tədqiqat İnstitutunun yerləşdiyi ofis binasında baş verən yanğında iki nəfər həlak olub.
Bu barədə TASS-a xilasetmə xidmətindən bildirilib.
"Onlar atəş və tüstüdən xilas olmaq üçün binanın pəncərələrindən özlərini atıblar", - deyə məlumatda qeyd olunub.
Mənbə bildirib ki, təxminən yeddi nəfər yanan binada qalıb.
"Yanan binanın daxilində konstruksiyalar aşıb, bunların sahəsi dəqiqləşdirilir. Yanğın sürətlə yayıldığından binanın bütün yuxarı mərtəbələri təhlükə altındadır", - mənbə qeyd edib.
Yanğının sahəsi 4 min kv.m-ə çatıb. Hələ ki onu lokallaşdırmaq mümkün olmayıb. Yanğınla mübarizəyə 100 nəfər cəlb olunub, hadisə yerinə yanğınsöndürən helikopter göndərilib.
Rusiyanın Moskva vilayətinin Fryazino elmi şəhərciyində yanğın baş verib.
Məlumata görə, yanğın "Platan" Elmi-Tədqiqat İnstitutunun binasında başlayıb.
Hazırda binanın yanan yuxarı mərtəbələrində insanlar əl edərək köməyə çağırırlar. Fövqəladə Hallar Nazirliyin əməkdaşları ininsanları xilas etməyə çalışırlar.
Rayon Fövqəladə Hallar Nazirliyinin rəis əvəzi yanğın yerinə gedib. Yanğının söndürülməsi və xilasetmə işləri davam edir.
Mənbə: RİA Novosti
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Masallıda fərdi yaşayış evində PARTLAYIŞ: Xəsarət alan var
- Sumqayıtda yanğın olub: Səkkiz nəfər bina sakini təxliyə edilib
- Sumqayıtda zavodlardan birinin həyətində başlayan yanğın söndürüldü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- FHN Yeni il ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ
Rəylər