Moskva yaxınlığında yeddi yaşlı oğlan təsadüfən babasının tapançası ilə özünü başından vurub.
Rusiya DİN-in Baş idarəsinin mətbuat xidmətində bildirilib ki, faciə bazar günü - dekabrın 28-də baş verib. Oxu.Az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Şelkova şəhərinin gimnaziyalarından birinin şagirdi, babasının “Strajnik” tapançasının olduğu seyfin açarlarını tapıb. Silah ilə oyun zamanı oğlan tətiyə basıb.
Nəticədə məktəblini kəllə-beyin açıq zədəsi ilə yerli xəstəxananın reanimasiya şöbəsinə, daha sonra isə Moskva kilinikasına yerləşdiriblər. Fakt üzrə araşdırma aparılır.