Rusiyanın İstintaq Komitəsi Moskvada beş yaşlı uşağın ölümündən sonra Rusiya Cinayət Məcəlləsinin 110-cu maddəsi üzrə (İntihar həddinə çatdırılma) cinayət işi açıb.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya İstintaq Komitəsinin Moskva üzrə İdarəsinin saytında yerləşdirilib.
“İstintaqın versiyasına əsasən, martın 19-u axşam saatlarında Moskvanın Rublyovskoye şosesi boyu yerləşən binaların birinin qarşısında 2010-cu il təvəllüdlü oğlan uşağının üzərində xarakterik xəsarətlərin olduğu meyiti valideynləri tərəfindən aşkarlanıb”, - deyə məlumatda bildirilir.
Polis uşağın ölümü ilə bağlı araşdırma aparır.