Moskvadakı “Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” kompleksində (VDNX) “Azərbaycan” pavilyonunda Xalq Cümhuriyyətinin 103 illiyi qeyd olunub.
Bu barədə “Vestnik Kavkaza” xəbər yayıb.
Tədbir çərçivəsində Azərbaycan Demokratik Respublikasının banilərinin fotosərgisi təşkil olunub.
Sərgi iyunun 13-nə qədər davam edəcək.