Moskvanın şimalında tikilməkdə olan binada baş verən yanğında ölənlərin sayı artıb.
Oxu.Az xəbər verir ki, bu barədə RBK Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat yayıb.
Xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı yeddiyə yüksəlib.
"Təəssüf ki, yeddi nəfər ölüb", - deyə bəyanatda qeyd olunub.
Bildirilib ki, yanğınsöndürənlər 31 nəfəri xilas ediblər. Onlardan 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Rusiyanın paytaxtı Moskvanın şimal-qərbində inşa edilən binada baş vermiş yanğın nəticəsində həyatını itirənlərin sayı beşə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerindən 31 nəfər xilas edilib, daha doqquz nəfər isə tibb işçiləri tərəfindən müayinə olunur. Nazirlikdən verilən məlumata görə, alovun söndürülməsi üçün əraziyə şəhərin təcili xidmətlərinin 200-dən çox şəxsi heyəti və 65-ə yaxın xüsusi texnikası cəlb olunub. Əvvəlcə yanğının lokallaşdırıldığı, daha sonra isə 1.4 min kvadratmetr ərazini əhatə edən alovun tamamilə söndürüldüyü bildirilib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq prosesini Moskva Prokurorluğu aparır. Qurumdan bildirilib ki, alovlanmanın dəqiq səbəbləri yanğın-texniki ekspertizasının yekunlarına əsasən məlum olacaq.
Moskvada elit yaşayış binasının tikinti sahəsində baş verən yanğın nəticəsində üç nəfər həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən TASS-a məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində yeddi nəfər yaralanıb.
"Son məlumata görə, 31 nəfər xilas edilib, yeddi nəfər yaralanıb, üç nəfər isə həlak olub. Binanın ikinci mərtəbəsində xilasetmə işləri davam edir", - deyə açıqlamada bildirilir.