Moskva ətrafında avtoyumanın iki işçisi maşını ələ keçirmək üçün onun sahibəsini öldürüblər.
Qətldə şübhəli bilinənlərdən biri saxlanılıb, digəri isə axtarışdadır.
Oxu.Az xəbər verir ki, bu barədə Moskva vilayətinin İstintaq Komitəsinin Baş istintaq idarəsinin saytında bildirilib.
“2014-cü ilin noyabr ayının 20-də axşam Mıtişinsk rayonunun Krasnaya Qorka kəndi ərazisində meşəlikdə, gicgahında yara olan, 25 yaşlı Lobni şəhər sakininin cəsədi tapılıb.
Rusiya Federasiyası Cinayət Məcəlləsinin qətl maddəsi üzrə cinayət işi açılıb”, - mətbuat xidmətinin məlumatında deyilir.
İstintaqın məlumatına görə, noyabrın 20-də qadın öz “Opel Astra” markalı avtomobilində avtoyumaya gedib.
Burada işləyən iki nəfər qadını öldürüb avtomobili ələ keçirmək qərarına gəliblər.
Cinayətkarlar travmatik tapançadan qadının gicgahına atəş açıblar, aldığı xəsarətdən yerindəcə keçinən qadının cəsədini meşəlikdə gizlədəndən sonra hadisə yerindən uzaqlaşıblar.
Hal-hazırda qətldə şübhəli bilinənlərdən biri saxlanılıb, digəri isə axtarışdadır.
Bu, 23 yaşlı Ermənistan vətəndaşıdır, ikinci şübhəlinin kimliyi müəyyənləşdirilir, onun axtarışı üzrə tədbirlər görülür.