Azərbaycanlı gənc xalq artisti Brilyant Dadaşovaya çılpaq şəkillərini göndərdiyi üçün həbs olunub.
Oxu.Az məsələ ilə əlaqədar xalq artistinin mövqeyini təqdim edir:
“Mənim telefonumda WhatsApp və sosial şəbəkələrdəki akkauntlarıma digər köməkçilərim nəzarət edir. Sözügedən şəxs WhatsApp vasitəsilə şəxsi nömrəmə əxlaqsız fotolar göndərib. Telefonum isə köməkçimdə olduğundan o bunları vəkilimə göstərib. Nəticədə, Sumqayıt Məhkəməsi həmin gəncə 15 sutka cəza kəsib. Bu gün mən o insanın kimliyini açıqlamaq niyyətində deyiləm. Çünki o şəxs qanun qarşısında öz cəzasını alıb və gənc olduğundan ictimai qınaq hədəfi olmasını istəmirəm. Ümid edirəm ki, olanlardan nəticə çıxarıb bir də belə səhvlərə yol verməz”.
Aytən Sadıqzadə