Bu gün redaksiyamıza adının açıqlanmasını istəməyən və özünü filarmoniyanın işçisi kimi təqdim edən şəxs bir məktub yollayıb.
Oxu.Az xəbər verir ki, həmin məktubda Elza Seyidcahanın oğlunu evdən qovması barədə yazı yer alıb. Əlavə şərh vermədən sözügedən məktubu olduğu kimi sizə təqdim edirik:

Məsələ ilə əlaqədar “Turkivision 2014” beynəlxalq müsabiqəsi ilə bağlı hazırda Kazan şəhərində olan əməkdar artist Elza Seyidcahanla əlaqə saxladıq. Müğənni-bəstəkar yazılanlarla bağlı bunları söylədi:
“Ağ yalandır. Çox şükür, oğlum ailəsinin yanında, işində-gücündədir. Allah hamının balasını saxlasın, mənim balalarım da onların içərisində olmaqla. Arzu edirəm ki, tezliklə “beybi nənə” olum, məni sevindirsinlər. Hamı bilir ki, mənim oğlum çox ağıllıdır, mələk kimi tərtəmizdir. Sənət dostlarım məndən çox onu tanıyırlar. Kimsə belə bir ağ yalan uydurmaqla mənim uğurlarımı xalqımızın diqqətindən yayındırmaq istəyir. Amma alınmadı”.
Aytən Sadıqzadə
www.oxu.az