Türkiyəli aktyor Sarp Levendoğlu həyat yoldaşı, aktrisa Birce Akalay ilə tədbirlərin birinə qatılıb.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məkanda Sarpın eks sevgilisi Demet Evgar da olub. Levendoğlunu görən Evgar salamlaşdıqdan sonra aktyoru qucaqlayaraq öpüb. Sarp Levendoğlunun həyat yoldaşı Birce Akalayın bu vəziyyətdən narahat olması gözlərdən yayınmayıb. Demet Evgar isə vəziyyəti düzəltmək üçün Akalayla səmimi davranaraq onu da qucaqlayaraq öpüb.
Aytən Sadıqzadə