Moskvada bu gün fırtına olacağı barədə xəbərdarlıq edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi yaxın 3 saat ərzində Moskvada hava şəraitinin kəskin pisləşəcəyini, yağış, tufan, dolu və sürəti saniyədə 12-17 metrə çatan güclü külək gözləndiyini açıqlayıb.
Avtomobil yollarını su basacağı gözlənilir.
A.M.