Moskvanın mərkəzində taksi xidməti göstərən sürücünün avtomobili piyadaların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan ikisi Azərbaycan vətəndaşıdır.
Oxu.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, qəza nəticəsində 7 nəfər xəsarət alıb, sürücü saxlanılıb.
Məlumata görə, xəsarət alanlar arasında həmçinin iki rusiyalı, iki meksikalı və bir Ukrayna vətəndaşı var.
İlkin versiyaya görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Araşdırma aparılır.
16 iyun 21:48
Moskvada meksikalı azarkeşlərin üzərinə taksi sürənin kimliyi müəyyənləşib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu, Qırğızıstanda anadan olmuş Çingiz Anarbek olub.
