Moskvanın cənub-şərqində 24 yaşlı qız vannaya iPhone telefonunun düşməsi nəticəsində ölüb. Qeyd olunur ki, mobil telefon elektrik şəbəkəyə qoşulu olub.
Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, qızın meyitini onun qonşusu aşkar edib.
Ehtimal olunur ki, qız sosial şəbəkələrə daxil olmaq üçün telefonu vanna otağına aparıb.
Faktla bağlı istintaq tədbirləri aparılır.