Rusiyanın paytaxtı Moskvada dünyanın ən çox istifadə edilən silahı AK-47-nin yaradıcısı Mixail Kalaşnikovun heykəli ucaldılıb.
Oxu.Az-ın məlumatına görə, müəllifi RF-nin xalq rəssamı Salavat Şerbakov olan monumental kompozisiya Moskvada “Sadovaya-Karetnaya” və “Dolqorukovskaya” küçələrinin kəsişməsində yerləşir.
Monumentin hündürlüyü 7,5 metr təşkil edir. Bədii kompozisiyada sülh və “şər qüvvələr üzərində” qələbənin rəmzi kimi Yer kürəsinin forması və müqəddəs “Qeorgi Pobedonosec”in obrazı göstərilir.
N.O.