Moskvada koronavirusla bağlı karantin qaydalarının sərtləşdirilməsi çərçivəsində xüsusi buraxılışların verilməsinin ilk mərhələsi başlayıb.
“Lenta.ru” xəbər verir ki, aprelin 13-dən Rusiyanın paytaxtında hərəkət üçün rəqəmsal buraxılışlar tələb olunacaq.
Buraxılışlar işə getmək, həkimə baş çəkmək, və gündə bir dəfə olmaqla başqa şəxsi məsələləri həll etmək üçün verilir.
Aprelin 15-dən buraxılışsız nəqliyyat vasitələrindən istifadə etmək qadağan olunacaq.