Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Moskvada koronavirusun yaratdığı yeni xəstəlikdən ilk uşaq ölümü qeydə alındı
Rusiyanın paytaxtı Moskva şəhərində COVID-19-un səbəb olduğu yeni xəstəlik - Kavasaki sindromu səbəbindən ilk uşaq ölümü baş verib.
“RİA Novosti” xəbər verir ki, Morozovski xəstəxanasında iki yaşlı Mariya Parşikova həyatını itirib.
Həkimlər bir həftə uşağı xilas etmək üçün əllərindən gələni etsələr də, bu, mümkün olmayıb. Uşaqda əvvəlcə Kavasaki sindromunun olduğu təxmin edilib. Ekspertizadan sonra bu sindroma koronavirusun səbəb olması müəyyənləşdirilib. Xəstəlik azyaşlının daxili orqanlarını zədələyib.
Xəstəliyin əlamətlərinin qızdırma, selikli qişalarda dəyişiklik, əl və ayaqlarda şişkinlik, konyunktivit, limfa düyünlərində böyümə və səpki olduğu qeyd edilir.
"COVID-19" teqi üzrə xəbərlər
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
- Koronavirusun beyinə necə sızdığı müəyyən edildi: Türkiyəli alimdən sensasion kəşf
Rəylər