Moskvada “Poklonni qora”da naməlum şəxslər məscidi təhqir ediblər. Bu barədə məscidin əməkdaşları yerli KİV-ə məlumat verib.
Oxu.Az xəbər verir ki, məlumata əsasən, dindarlar səhər namazı zamanı divarda şəkil və aydın olmayan söz görüblər.
“Divarlara şəkil və aydın olmayan sözlər gecə saat 3-4 radələrində yazılıb. Hazırda onlar pozulur. Milis araşdırma aparır, çox güman ki, cinayət işi açılacaq və istintaq aparılacaq”, - deyə məscid əməkdaşı deyib.
Hazırda baş vermiş hadisə üzrə araşdırmalar aparılır. Qeyd olunur ki, insidentlə əlaqədar binanın mühafizəsi üzrə əlavə tədbirlər görüləcək.