Moskvanın Manej meydanında OMON əraziyə toplaşmış insanlara qarşı hərəkətə keçib.
Əvəzində kütlə “Yeni iliniz mübarək!” və “Azadlıq” şüarları səsləndirir, Oxu.Az “OVD-info”ya istinadən xəbər verir.
Polis bu gün barəsində məhkəmənin hökmü ilə 3,5 illik şərti həbs cəzası kəsilmiş Aleksey Navalnının tərəfdarlarının icazəsiz mitinqə qatılanları saxlamağa başlayıb.
Moskvanın Manej meydanında saxlanılanlar arasında Almaniya və Türkiyə vətəndaşları da var. Hazırda meydanda artıq 171 nəfər həbs edilib.
Qeyd edək ki, mitinq iştirakçıları Aleksey Navalnı və onun 3,5 il həbs cəzasına məhkum edilmiş qardaşı Oleq Navalnı barədə məhkəmə qərarına etiraz edirlər.