“İslam dövləti” (İŞİD) terror qrupunun təxminən 20-yə yaxın tərəfdarı bu gün Moskvada saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya paytaxtının hüquq-mühafizə orqanlarından bildiriblər.
“FTX və polis əməkdaşlarını müştərək əməliyyatı nəticəsində İŞİD-lə əlaqəda olmaqda şübhəli bilinən 20-yə yaxın adam saxlanılıb. Onlar yeni üzvlərin axtarışı və qrupun sıralarına cəlb edilməsi ilə məşğul olurdular”, - mənbə bildirib.
RİA Novosti bu informasiyanın rəsmi təsdiqinə malik deyil.