Moskvada polis etirazçıların Puşkin meydanında Kremlə tərəf istiqamətləndiyi üçün Qırmızı meydana gedən yolu bağlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə RTVi telekanalı məlumat yayıb.
Manej meydanına gedən yol da bağlanıb.
Qeyd edilir ki, mitinq iştirakçıları Dövlət Dumasının binasına çatan zaman əraziyə OMON qüvvələri cəlb olunub.
Rusiya DİN-in məlumatına görə, razılaşdırılmamıış mitinqdə jurnalistlər də daxil olmaqla 700 nəfər iştirak edib.
Şənbə günü, oktyabrın 7-də, müxalifətçi Aleksey Navalnının tərəfdarları Moskva, Sankt-Peterburq və Rusiyanın digər şəhərlərində mitinq keçirirlər. Etiraz aksiyaları hökumətlə razılaşdırılmayıb.
S.B.
www.oxu.az