Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Moskvada polis mərcdə uduzduğu üçün intihar etdi - FOTO
Rusiyanın paytaxtı Moskvada polis əməkdaşı iş yerində intihar edib.
Qeyd olunur ki, intihara səbəb mərcdə mənzilini uduzması olub. O, “Bavariya” ilə matçda “Real”ın qələbəsinə mərc edib.
Məlumata görə, mayın 1-də səhər saatlarında polis idarəsinin yeməkxanasında 38 yaşlı polis əməkdaşının meyiti aşkar edilib. Onun əlində xidməti tapança olub.
İntihara borcun səbəb ola biləcəyi ehtimal edilir. O, itirdiyi məbləği geri qazanmaq üçün mənzili girov qoyub, lakin aldığı məbləği də itirib.
Onun son dəfə Çempionlar Liqasının yarımfinalında 2:2 hesabı ilə başa çatan “Bavariya” – “Real” matçına mərc etdiyi təxmin edilir.
Mənbə: “Baza” “Telegram” kanalı
"UEFA Çempionlar Liqası" teqi üzrə xəbərlər
- UEFA Çempionlar Liqası: "Arsenal" - PSJ matçının taleyini tək qol həll etdi
- "Barselona" - "İnter" oyunu təxirə salına bilər
- UEFA Çempionlar Liqası: "Arsenal" PSJ ilə yarımfinalda üz-üzə
- Qurban Qurbanovun çempionluq şərhi: "Həmişə növbəti uğur üçün can atıram"
- "Real"ın yeni Raulu, Rafinya üçün ikinci nəfəs - Mövsümün parıldayan ulduzları