Moskvada çəhrayı rəngli “Jaguar” avtomobilində əyləşmiş qadın piyada keçidində piyadanı vurub.
İnsident noyabr ayının 27-də Yujnobutovski küçəsində baş verib.
Bu barədə Oxu.Az m24.ru saytına istinadən xəbər verir.
Avtomobilin sükanı arxasında “Ekstrasenslərin döyüşü”nün 10-cu mövsümünün iştirakçısı Darya Zadoxina olub.
Yol-nəqliyyat hadisəsindən (YNH) sonra hüquq mühafizə orqanları qadını saxlayıblar. Hələ ki zərərçəkənin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
28 yaşlı qadını piyadanı vurduğu üçün 5 il həbs cəzası gözləyir.
Zadoxinanın iştirakçısı olduğu bu ilk ciddi qəza deyil. KİV-in məlumatına görə 2007-ci ildə o Domodedov şosesində qəzaya uğrayıb, bu YNH-dən sonra bir müddət onun ayaqları tutulub.
“Ekstrasenslərin döyüşü” teleşousu ilk dəfə efirdə TNT kanalında 2007-ci ildə çıxıb.
Teleşouda “Fövqəlqabiliyyət”ə malik olan insanlara bir sıra sınaqlardan keçmək təklif edilirdi. 2014-cü ilin sentyabr ayının 20-də şounun 15-ci mövsümü başlayıb.