Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən Ağdamın “Qarabağ” futbol klubu “Sent Etyen”-lə üz-üzə gələcək.
Komandamız 1/16 finala çıxmaq üçün bu gün “Sent Etyen”-i məğlub etməlidir.
Komandamıza uğurlar arzu edirik!
Qeyd edək ki, UEFA Avropa Liqasının F qrupunda keçiriləcək “Sent-Etyen” -“Qarabağ” matçı saat 00.05 AzTV-də canlı yayımlanacaq.
27 noyabr
Avropa Liqasının qrup mərhələsi, V tur
00:05. “Sent Etyen” (Fransa) - “Qarabağ” (Azərbaycan)
Baş hakim: Kristinn Yakobsson (İslandiya)
Sent-Etyen. “Ceffri Quiçard” stadionu
Avro Liqa, F qrupu, Turnir cədvəli
Komanda O Q H M TF X
“İnter” 4 2 2 0 4-1 8
“Sent-Etyen” 4 0 4 0 1-1 4
“Dnepr” 4 1 1 2 2-3 4
“Qarabağ” 4 1 1 2 2-4 4
Elvin Əhmədov
www.oxu.az